Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistan-Azərbaycan strateji münasibətlərinin gələcəyi çox parlaqdır

Pakistan-Azərbaycan strateji münasibətlərinin gələcəyi çox parlaqdır


Xəbər verildiyi kimi COP29-da iştirak etmək üçün Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri gözlənilir. Biz də bu səfərin əhəmiyyəti, iki ölkəyə verəcəyi faydalarla bağlı Pakistanın Azərbaycandakı sabiq səfirinin köməkçisi Vüsal Hümbətzadə ilə söhbətləşdik.

-Vüsal bəy, Azərbaycan-Pakistan münasibətlərinin perspektivlərini Baş Nazir Şahbaz Şərifin Azərbaycana səfəri kontekstində necə dəyərləndirirsiz?

- İki ölkə arasında ikitərəfli əlaqələr zaman keçdikcə möhkəmlənir. Strateji əməkdaşlıq bütün region üçün mühüm hadisədir. Bu strateji əlaqələr gələcəkdə də inkişaf edəcək. Belə ki, ölkələr bir-birinə daha da yaxınlaşır. Pakistan-Azərbaycan strateji münasibətlərinin gələcəyi çox parlaqdır.

-Bu münasibətlərin iqtisadi tərkibi haqqında nə düşünürsünüz?

- Ölkələr arasında iqtisadi əlaqələr artır və onların gələcəyi perspektivlidir. Dostluq münasibətləri əlbəttə ki, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə gətirib çıxaracaq.

-Azərbaycanın Kəşmir məsələsində mövqeyi nədir?

- Bizim qarşılıqlı dəstəyimiz Qarabağ məsələsini həll etdisə, Kəşmir mübahisəni də həll etməyə yardım edəcək. Ona görə də ölkələrimizin bu problemlərinin həlli üçün gələcəkdə də sıx əməkdaşlığı inkişaf etdirəcəyini gözləmək lazımdır.

-Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanmayana qədər, bu ölkə ilə Pakistanın diplomatik münasibətləri düzənə salmağa səy göstərməyəcəyi deməkdir?

- Pakistan Azərbaycan ilə dostluğunu qiymətləndirir və onun arzusuna zidd olan heç bir addımı atmaz. Azərbaycan Ermənistanı arasında sülh müqaviləsi bağlanmayana qədər Pakistan da onu tanımayacaq. Bu, yalnız Ermənistan sülh müqaviləsi imzalandıqdan sonra mümkün ola bilər.

Bununla yanaşı, bunun bu yaxınlarda baş verəcəyi şansı da çoxdur. Pakistan sözsüz ki, Qarabağ məsələsində azərbaycanlı qardaşlarının yanında olacaq. Ölkələrimiz arasında əlaqələr çox güclüdür, onlar zaman keçdikcə daha da möhkəmlənir.

-Hazırda iki ölkə arasında olan münasibətləri necə qiymətlədirirsiniz?

- Qeyd etdiyim kimi, Azərbaycan müstəqillik qazanandan bu günə kimi ölkələrimiz arasında çox yüksək səviyyədə siyasi münasibətlər qurulub. Azərbaycanın Qarabağ problemi ortaya çıxandan sonra Pakistan həmişə Azərbaycana tam dəstək verib. Buna görə də Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Çünki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdir. Buna oxşar olaraq da Azərbaycan Kəşmir problemində Pakistana tam dəstək oluğunu göstərdi. Hazırki Prezident İlham Əliyev və mərhum dövlət başçınız Heydər Əliyev də Pakistana çoxsaylı səfərlər ediblər. Hətta, bu yaxınlarda da Pakistandan Azərbaycana iki yüksək səviyyəli səfərlər oldu. Pakistan hər zaman Azərbaycanın yanında olmağa hazırdı. Pakistan Senatında Xocalı soyqırımına dair qətnamə yekdilliklə qəbul olundu. Bundan əlavə beynəlxalq arenada, beynəlxalq təşkilatlarda da Azərbaycan və Pakistan bir-birlərinə dəstək verirlər.

-Qeyd etdiniz iki, ölkələrimiz arasında mövcud olan strateji əlaqələr çox yüksək səviyyədədir. Bilmək istərdik ki, Azərbaycanın Pakistana qarşı mövqeyində Pakistanı qane etməyən tərəflər varmı?

- Mən belə düşünmürəm. Əgər biz yüksək səviyyəli münasibətlərdən danışırıqsa, bizi qane etməyən cəhət və ümumiyyətlə belə bir şey ola bilməz. Lakin şəxsən mənim qane olmadığım əsas məsələ ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olmamasıdır. Biz nədənsə siyasi əlaqələrimizi yüksək iqtisadi münasibətlərdə göstərə bilmirik. Təəssüflər olsun ki, iqtisadi münasibətlərimiz çox aşağı səviyyədədir. Mən çox istərdim ki, Azərbaycanla Pakistan arasında olan dostluq, qardaşlıq əlaqələri iqtisadi əlaqələrin canlanmasına gətirib çıxartsın. Bundan savayı məni qane etməyən heç bir məsələ yoxdur.

Lyubov Morqunova

Newscenter.az üçün
Xəbəri paylaş