Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan və hökumətinin təqdim etdiyi yarımçıq sülh təklifi

Paşinyan və hökumətinin təqdim etdiyi yarımçıq sülh təklifi


Yenə Ermənistan və yenə də bu ölkədən gələn silahlanma xəbərləri

"Alpha Defence" portalı qeyd edir ki, Hindistan Ermənistana "Pralay" tipli kvaziballistik raketlər satacaq.

Sözügedən raketlər 150-500 kilometr məsafədə hədəfləri vurma qabiliyyətinə və hədəfə yönələn zaman manevr edərək HHM sistemlərindən yayınma xüsusiyyətinə də sahibdir.

Hindistanın silah sənayesi, hərbi texnolgiyası və potensialı haqqında kiçik də olsa məlumata sahibəm. Raket texnolgiyasın çıxmaq şərti ilə o qədər də yüksək texnoloji silahlar istehsal edə bilmirlər və son dövrlər bir çox silah projesini texnoloji yetərsizlik səbəbindən arxivə göndəriblər.

Ancaq məlum ölkə nüvə silahına sahib olduğu üçün ballistik raket istehsal etmək qabiliyyəti kifayət qədər genişdir. Yəni Hindistan bu sahədə ABŞ, Rusiya, Çin olmasa da əlində yaxşı adlandıra biləcəyimiz imkanlar mövcuddur.

Bu səbəbdən Pralay tipli ballistik raketləri diqqətə almaq lazımdır. Əgər bu sistemin göstəriciləri zəif olsa idi, Dehli hökuməti hərbi-siyasi əhəmiyyətli Çinlə sərhədə sözügedən silahları yerləşdirməzdi.

Ermənistana gəlincə isə, bu ölkə açıq şəkildə növbəti hərbi təxribatlara hazırlaşır. Hesab edirəm ki, onların əsas niyyəti ölkəmizlə şərti sərhəddə psixoloji üstünlük yarada biləcək hərbi aktivlik etməkdir. Nikol Paşinyan və hökumətinin təqdim etdiyi yarımçıq sülh təklifi isə Ermənistan rəhbərliyinin dırnağ arası zəka məhsuludur. Sanki qarşılarında Cənubi Qafqazda siyasi proseslərə yön verən Azərbaycan diplomatiyası dayanmıyıb.

Onlar bu tip manevrlər etməklə hesab edirlər ki, əsl niyyətlərini gizlədə biləcəklər. Ancaq burada yanılırlar.

Pərviz Mirizadə: AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi, siyasi şərhçi.
Xəbəri paylaş