Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanla Türkiyə arasında enerji, texnologiya, kənd təsərrüfatı sahəsində əlaqələr müzakirə edilib

Qazaxıstanla Türkiyə arasında  enerji, texnologiya, kənd təsərrüfatı sahəsində əlaqələr müzakirə edilib


EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sapiyevlə görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı Hikmet Eren özü verib. Bildirib ki, görüş zamanı iki ölkə arasında mövcud münasibətlərlə bağlı məhsuldar müzakirələr aparılıb:

"Görüş zamanı Türkiyə ilə Qazaxıstan arasında tarixi əlaqələri, həmçinin enerji, texnologiya, kənd təsərrüfatı və infrastruktur layihələri kimi sahələrdə qarşılıqlı faydalı olacaq əməkdaşlıq imkanlarını dəyərləndirdik. Qonaqpərvərliyinə və dəyərli töhfəsinə görə cənab səfirə təşəkkür edirik",deyə Hikmet Eren deyib.

Süleyman
Xəbəri paylaş