Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qəzaya düşdü, ölən var

Sərnişin avtobusu qəzaya düşdü, ölən var



Çorumun Alaca rayonunda fəhlələri daşıyan xidmət mikroavtobusu ilə qatran yüklü tankerin toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Çorumda mikroavtobusla tanker toqquşub: 1 ölü, 18 yaralı

Çorumun Alaca rayonunda, Tokat-Ankara magistral yolunun Alaca Kızıllı kəndi yaxınlığında Rıza Onarın idarə etdiyi yol inşaatına məxsus qatranla dolu tanker ilə Kamal Çamın idarə etdiyi fəhlələri daşıyan mikroavtobus toqquşub.

Xəbər üzərinə qəza yerinə jandarma və sağlamlıq qrupları sövq edildi.

İlkin məlumata görə, qəza nəticəsində 1 işçi ölüb, əksəriyyəti xarici ölkə vətəndaşı olan 18 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Alaca Dövlət və Hitit Universitetinin Erol Olçok Təhsil və Araşdırma xəstəxanalarına aparılıb.
Xəbəri paylaş