Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Afyonkarahisarda qeydə alınıb. Belə ki tur avtobusunun aşması nəticəsində 22 nəfər yaralanıb.
Qəzaya uğrayan avtobusda əsasən yapon turistləri olub.
Sürücüsü və dövlət nömrə nişanı hələ müəyyən edilməyən tur avtobusu Çay-şuhut şosesində Dəmirbel məntəqəsində aşıb.
Xəbər üzərinə hadisə yerinə çoxlu sayda təcili yardım maşınları ilə jandarma, polis, xilasetmə və bağışlayan qrupları sövq edildi.
Anar Əliyev