Cənubi Qafqazın simasının daimi sülhə doğru dəyişməsi sevindirici haldır
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3+3 formatında keçirilən görüşdə iştirak etmək üçün Türkiyəyə səfər etmiş Azərbaycan, Rusiya, İran, Ermənistan XİN rəhbərləri ilə görüşündə deyib.
Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsi üçün irəli sürülən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirən prezident Ərdoğan, bölgədə baş verən proseslərin əməkdaşlığın və həmrəyliyin gücləndirilməsini zəruri etdiyini, platformanın institusional bir quruluşa çevrilməsinin bundan sonra da böyük əhəmiyyət daşıdığını söyləyib.
Türkiyə lideri əmin olduğunu bildirib ki, bu kimi görüşlər dialoq mexanizmini daha təsirli hala gətirəcək.
Mehman Mehdiyev