Qazaxıstanda hərbiçilərin ali təhsil müəssisələrində təhsil alması üçün yeni imkanlar yaradılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildiirir ki, hərbi qulluqçuların ali təhsil müəssisəsində pulsuz təhsil alması üçün 1500 qrant ayrılıb.
Müdafiə nazirinin müavini general-mayor Şeyx-Həsən Yazıqbayev 2025-ci il yanvarın 1-dən təhsil müavinətlərinin alınması üçün yeni tələblərin tətbiq olunacağını açıqlayıb.
Məlumata görə, Müdafiə Nazirliyindən 8 169, Milli Qvardiyadan 6 441, Milli Ordudan 315 əsgər bu prosesdə iştirak edəcək. Müsabiqədə Sərhəd Xidmətindən 2715, Dövlət Təhlükəsizliyi Xidmətindən isə 287 nəfər iştirak etməli olacaq.
Mehman Mehdiyev