Rusiya 501 ukraynalı əsgərin cəsədini Ukraynaya təhvil verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahından verilib.
Açıqlamada bildirilib ki, bunlardan 382 əsgər Avdiyivkaya, 56 əsgər Bəhmuta, 45 əsgər Marinkaya, 6 əsgər Uğledar, 4 əsgər Zaporojye, 7 əsgər Luqanska aparılıb.
Açıqlamada əsgərlərin şəxsiyyətləri müəyyən edildikdən sonra dəfn olunmaq üçün ailələrinə təhvil veriləcəyi bildirilib.
Rusiya parlamentinin aşağı palatası Dumanın deputatı Şəmsail Sarəliyev verdiyi açıqlamada Rusiyanın Ukraynadan 89 əsgərin cəsədini qəbul etdiyini deyib.
Anar Əliyev