Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Koreya Ukrayna müharibəsinə qoşulur?

Şimali Koreya Ukrayna müharibəsinə qoşulur?


"Ukrayna müharibəsindən həyacan verici xəbərlər gəlməkdədir. Bu gün müxtəlif media orqanları 12 min Şimali Koreya əsgərinin Rusiya ərazisinə daxil olduğunu və Ukrayna cəbhəsinə yola salınmaq üçün hazırlandıqlarını qeyd etdi".

Newscenter.az xəbər verir ki, bunu deyən AVP sədrinin köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, sözügedən xəbər olduqca təhlükəli proseslərin yaşanacağının xəbərçisi olmaqla yanaşı, müharibənin coğrafi genişlənməsi risqlərini də özü ilə gətirir:

"Məsələ təsdiqini taparsa bu Şimali Koreyanın Ukrayna müharibəsinə qatılması deməkdir.

Rusiya, ABŞ-ın seçkilərə və Yaxın Şərqdəki proseslərə fokuslanmasını fürsət olaraq qəbul edir və bu kimi addımlar atır".

Pərviz Mirizadə deyib ki, Şimali Koreya nüvə silahına malik dövlət olsa da, daxili idarəetmə forması onu demək olar ki, müasir dünyanın iqtisadi imkanlarından məhrum edib:

"Ölkə Çin və Rusiyadan aslı olduğu üçün bu iki gücün Asiya Passivikdə hərbi dili funksiyasını yerinə yetirir.

12 minlik canlı qüvvə müharibənin arialın nəzərə alarsaq o qədər də böyük say deyil. Lakin, proses dünya ictimaiyyəti, xüsusilə ABŞ tərəfindən qabardılmasa heç şübhəsiz davamı da olacaq. Rusiya müharibə başlayandan bəri itirdiyi canlı qüvvə ehtiyyatını xarici qüvvələr hesabına bərpa etmək istəyir.

Ukrayna isə yaranmış vəziyyətdən yararlanaraq Rusiyaya qarşı Qərbdən daha çox dəstək almağa çalışacaq".

Süleyman
Xəbəri paylaş