Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qırğızıstan müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Qırğızıstan müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib


Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov ilə görüş keçirib.

Bu barədə “Report” Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud qarşılıqlı əlaqələri və bu istiqamətdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, sentyabr ayında Bakıda keçirilmiş "ADEX-2024" Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş