Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan yenidən silahlanırsa, biz niyə sülhdən danışmalıyıq?

İrəvan yenidən silahlanırsa, biz niyə sülhdən danışmalıyıq?


Ermənistan konstitutsiya və digər normativ hüquqi sənədlərində dəyişiklik etməyənə, yəni bizə və Türkiyəyə qarşı ərazi və soyqırım iddialarından əl çəkməyənə qarşı qədər Azərbaycan Hayastan ilə sülh müqaviləsi imzalamayacaq. Bu barədə dövlət başçısı və digər rəsmi şəxslər dəfələrlə bəyanat veriblər.

Azərbaycana tələsik sülh müqaviləsi müharibədən əvvəl, yəni erməni silahlıları Ağdamın, Tərtərin, Naftalanın və ya Goranboyun yaşayış məntəqələrinin mülki əhalisini atıcı silahlarla atəşə tutacaq və həlak edəcək qədər yaxın mısafədə yerləşəndə lazım idi. Azərbaycan sülh istəyir, amma Ermənistan Fransanın təkidi ilə, milli və dövlət maraqlarına zidd olaraq sülh əldə etməkdən yayınır. İrəvan yenidən silahlanırsa, sərhədlərimizin tam yaxınlığında yeni hərbi hissələr yaradırsa, biz niyə sülhdən danışmalıyıq? Bakının tələsik sülh müqaviləsi imzalamaq niyyəti olmayıb, yoxdur və olmayacaq, çünki belə bir addım gələcəkdə Ermənistanın əvvəlki işğal planlarını yenidən gündəmə gətirə bilər. Ümumiyyətlə Azərbaycan Ermənistanın demilitarizasiyasını və kompensasiya məsləsini gündəmə gətirməlidir. Silah almağa vəsait tapan Ermənistan vurduğu ziyanın əvəzini mütləq ödəməlidir və ödəyəcəkdir.

Bütün bu sadalananlar dəfələrlə Azərbaycan mətbuatında geniş müzakirə olunub. Amma kar və kor erməni politoloq Robert Ustyan isə hadisələri tamamilə baş ayaq izah edir:

"Bakı tezliklə sülh müqaviləsi imzalamaq istəyir".

Robertdən kimsə soruşmur ki, Azərbaycan qalib və qələbələri davam edən tərəf kimi niyə tezliklə sülh müqaviləsi imzalamaq istəməlidir? Bakı tezliklə sülh müqaviləsi imzalamaq istəyirsə, niyə erməni rəsmiləri sulh dilənçisinə çevriliblər?

Təsəvvür edin ki, hazırda Ustyan kimi məntiqdən məhrum ekspertlər və politoloqlar Ermənistan mediasının diqqət mərkəzindədir. Ustyan Rusiyada yaşayan və Ermənistanda ictimai fikir formalaşdıran şəxs hesab olunur. Bəlkə də buna görə çarəsiz qalan 4000 nəfərə yaxın erməni səhifəmi izləyir.

Azərbaycan müharibədən sonra həm Qərbi Zəngəzurla sərhəddə, həm də Qarabağda dəflərlə erməni ordusunu cəzalandlrıb. Yeni ərazilər əldə edib, seperatizmin kökünü kəsib. Belə olan halda Ermənistan silahlanırsa, sülh istəmirsə, Azərbaycan dünəndən istəmir. Sülhün alternativi isə müharibədir. Ermənistan isə müharibəyə tam hazır deyil, amma İrəvan müharibəyə və cəzalanmağa ciddi hazırlaşır. Azərbaycan istənilən ssenaiyə hazırdır.
Yaxın zamanda bir iki nəfər fərarinin Qərbi Zəngəzurdan kar və kor erməni politoloq Robert Ustyana "Bakı tezliklə sülh müqaviləsi imzalamaq istəyir" plakatı ilə atəşin salam göndərməsini də istisna etmirəm.

Ədalət Verdiyev, hərbi ekspert
Xəbəri paylaş