Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

OBA marketdə alıcıları necə aldadırlar?-FOTO

OBA marketdə alıcıları necə aldadırlar?-FOTO


Fəaliyyətə başladığı gündən OBA Marketdən şikayətlər bitmir. Marketlər şəbəkəsi müştərilərin şikayətlərini nəzərə alıb nəticə çıxarmaq, problemi aradan qaldırmaq əvəzinə, məhz elə qarşı tərəfi borclu çıxarmaqla öz qüsurlu fəaliyyətini davam etdirir. Bu günlərdə mağazalar şəbəkəsi ilə bağlı daha bir şikayət daxil olub.

Newscenter.az-ın xəbərinə görə, şikayət marketdə qiymət fərqliliyi ilə bağlıdır. Belə ki, vitrində bir qiymət, lakin kassada bir başqa qiymətin qoyulması artıq OBA Marketdə adi hala çevrilib.

Şikayət müəllifi qeyd edir ki, mağazalar şəbəkəsinin Yeni Salyan yolu 22 ünvanında, "Jurnalistlər binası"nın həyətindəki mağazada təzə fırıldağa əl atılır. Belə ki, vitrində çayın qiyməti 5.10 AZN yazılsa da, lakin kassada 5.30 AZN-dən çıxılır:

"Satıcı xanım isə müstərini borclu cıxarır. "10 qəpiyin söhbətini edirsən?" deyə hətta müştəriyə irad belə bildirməkdən çəkinmir. Bu, nə danışıq tərzi, bu, nə xidmətdi?".

Anar Əliyev
Xəbəri paylaş