Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Pirallahı qəsəbəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.
Bu barədə Newscenter.az-a icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.
Qeyd edilib ki, bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilən Eldar şamları əkilib.
Məumata görə, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcəkdir.
Mehman Mehdiyev