Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Newscenter.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3.1 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 10:39-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 68 kilometr olub.
Mehman Mehdiyev