Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxin Şərqdə siyasi və hərbi böhran davam edəcək

Yaxin Şərqdə siyasi və hərbi böhran davam edəcək


İsrailin "Həmasa" və "Hizbullaha" qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda mülki infrastrukturu hədəf alması, humanitar və insan qətliami ilə müşayiət olunur. Həmasin liderləri İsmail Haniyə, Yəhya Sinvarin öldürülməsi bu təşkilati zəiflətməyəcək. Qəzzaya bomba atıqca, atası, anası, qardaşi, bacısı ölən uşaqlardan yeni İsmail Haniyə, Yəhya Sinvar böyüyəcək.

Nə qədər ki, Fələstin xalqının beynəlxalq hüquq çərçivəsində İsrail tərəfindən haqları tanınmırsa, Fələstin dövlətini tanımayacaqsa, İsrailə qarşı yeni liderlər yetişib müharibə aparacaq.

Artıq İsrail boşalır. Yəhudilər gəldikləri Avropaya və ABŞ yenidən qayıdır. Demək olar ki, Qəzza yer üzündən silinib, Fələstin xalqi dünyanin gözü qarşısında soyqırıma məruz qalır. İsrailin Yaxın Şərqdə həyata keçirdiyi insanı cinayətlərin əsas məqsədi uydurma "Vəd olunmuş torpaqlar" ideologiyasına əsaslanır. Bu da bizim qardaş Türkiyənin ərazi bütövlüyünü və suverenliyini təhdid edir. Biz Türkiyənin ərazi bütövlüyünü təhdid edən PKK/YPG terror təşkilatı üçün dövlət qurmaq istəyən İsraillə əlaqələri yenidən nəzərdən keçirməliyik.

İsrail istəsəydi "Həmas" və "Hizbullaha" qarşı nöqtə əməliyyatlari keçirə bilərdi. Amma, bu da çıxış yolu deyil. Çıxış yolu isə, müstəqil Fələstin dövlətinin yaradılmasıdır. Oslo razılaşmalarini pozan, sülh masasından qacan və Fələstini tanımaq istəməyən İsrail administrasiyasıdir.

Həmas və Hizbullahi İran dəstəkləyir. İsrail Fələstini taniyardisa, Həmas və Hizbullah da yaranmayacaqdi. İranda bundan istifadə etməyəcəkdi.

Bu əməliyyatlardan sonra, Fələstin dövlətinin yaradılması deyilir. Qəzzada idarəçilik Fələstin adminstrasiyasina verilməsi nəzərdə tutulur. Bu planın da qarşısı alınarsa, Yaxin Şərqdə siyasi və hərbi böhran davam edəcək. İsrailin təhlükəsizliyi təhdid olaraq qalacaq.

Məhəmməd Əsədullazadə, politoloq
Xəbəri paylaş