Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin xarici siyasət doktrinasında müəyyən yenilənmələrə gedir

Çin xarici siyasət doktrinasında müəyyən yenilənmələrə gedir


Çin dünyanın super güclərindən biri olaraq bu zamana qədər iqtisadi əsaslı xarici siyasət doktrinasında müəyyən yenilənmələrə gedir.

Pekin rəhbərliyi ölkənin prioritet məsələsi olaraq qəbul etdiyi Tayvan problemini hərbi yolla həll etmək niyyətini ard-arda keçirdiyi genişmiqyaslı hərbi təlimlərə göstərməyə çalışır.

Bir çox siyasilər Çinin addımlarının sadəcə Tayvan və ABŞ-ı çəkindirmək məqsədi daşıdığını desə də, unudulan bir məqam var ki, keçirilən hər bir təlim hazırlanan ssenarilərin tətbiq edilməsi aspektindən vacibdir.

Rəsmi Pekin mütəmadi olaraq Tayvan adasını hərbi təlimlər adı altında mühasirəyə almaqla həm öz potensialını qiymətləndirir, həm də qarşı tərəfin necə reaksiya verdiyini analiz edir. Bu gələcək proseslər kontekstində olduqca əhəmiyyətli faktordur.
Çin ordusu, xüsusilə donanma artıq hərbi terminlə desək "sarı su" donanması ünvanından, "mavi su" donanması ünvanına yiyələnib. Yəni, hərbi gəmilərin sinifləndirilməsi və hərəkət çapı əhəmiyyətli həddə artırılıb. Nəzərə alsaq ki, Çin istehsal potensialında hal hazırda dünya lideridir və yaxın 10 ildə ABŞ-ın liderliyi əlindən alınacaq.

Tayvan məsələsində isə ada üzərində yaşanacaq istənilən hərbi konflikt dünya miqyaslı iqtisadi böhrana səbəb olacaqdır. Rəsmi Pekin Taybeyin bir çox kritik məhsullarda, xüsusilə çip sahəsində əhəmiyyətini dərk etdiyi üçün bir müddətlik sakitlik göstərir. Ancaq bu müvəqqətidir.

Pərviz Mirizadə: AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi, siyasi şərhçi
Xəbəri paylaş