Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilanın azad edilməsi strateji baxımdan əhəmiyyətli idi

Zəngilanın azad edilməsi strateji baxımdan əhəmiyyətli idi


"44 günlük Vətən Müharibəsinin hər bir günü kimi 20 oktyabr tarixi də mühüm əhəmiyyətə, nöbbəti qələbələrə yol açan bir gündür. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 20 oktyabrda Zəngilanı şəhərini işğaldan azad etməsi bir sıra mühüm məqamları ilə xüsusi əhəmiyyət kəsb edirdi. Hər şeydən əvvəl Azərbaycan Ordusu Vətən Müharibəsi ilə 30 ilə yaxın erməni işğalı altında olan daha bir şəhərimizi azad etmiş oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Zəngilan şəhərinin işğaldan azad edilməsinin əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, Zəngilanın azad edilməsi strateji baxımdan da əhəmiyyətli idi:

"Belə ki, İran və Ermənistanla həmsərhəd olan Zəngilan rayonu işğal dövründə erməni quldur dəstələrinin və separatçıların qeyri-qanuni əməlləri, hətta narkotik daşımaları kimi cinayətlərin həyata keçirilməsi üçün Ermənistana bir imkan yaratmışdı. Ümumən, Zəngilanın işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi bərpa olundu və bununla da sərhədin nəzarətə alınması nəticəsində Ermənistana yönələn hərbi yüklərin qarşısı alındı".

İctimai Birlik sədri deyib ki, Zəngilanın işğaldan azad edilməsi həm də Zəngəzura gedən yolun başlanğıcı idi:

"Bu gün işğaldan azad edilən bütün şəhər və rayonlar kimi Zəngilan da yenidən qurulur, abadlaşır, yeni dövrünə qədəm qoyur".

Süleyman
Xəbəri paylaş