Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ölüm xəbəri yayılar-yayılmaz təşkilata liderlik uğrunda mübarizə başlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Türkiyə mətbuatının yazdığına görə, Birləşmiş Ştatlar və Avropada FETÖ daxilində təşkilatın liderliyi uğrunda mübarizə başlayıb.
Qeyd edək ki, 2021-ci ilin sonunda Gülənin ölümü ilə bağlı məlumat yayılmışdı. Lakin sonradan bu məlumat təkzib edilib. Bundan əvvəl isə 2016-cı ildə FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd göstərdi və həmin vaxt 250-dən çox insan həlak oldu.
Mehman Mehdiyev