Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin İrana hücum etməsinə ABŞ imkan verməyəcək

İsrailin İrana hücum etməsinə ABŞ imkan verməyəcək


İsrail İrana hücum edərsə, dünya iqtisadiyyatında bir sıra arzuedilməz proseslər baş verə bilər.

Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O biildirib ki, ilk növbədə dünya enerji qiymətlərində ciddi artımlar olar, hətta neftin qiymətinin 200 dolları ötməsi mümkün ehtimallardandır:

"Bu isə enerji bazarında qeyri-sabitlik yaradaraq digər sahələrdə də ciddi problemlər yarada bilər. Regional xarici investisiyaların kəskin azalmasına, bu isə infrastruktur layihələrinin dayandırılmasına səbəbolar. Münaqişə dəhliz infrastrukturlarının və təhcizat zəngirinin tamlığını sıradan çıxarar. Logistik xərcləri artirar. İstehsal xərclərini kəskin artırar. Bütün bunlar isə qlobal səviyyədə infilyasiyanı cilovlamaq cəhdlərini səmərəsiz hala gətirər. Proqnoz edilməyən qiymət sıçrayışları baş verə bilər. Bu isə qlobal maliyyə bazarlarına təsirsiz ötüşməz və nəticə iqtisadi gərginlik artar. Nəticədə sosial gərginliyi pik həddə çatdırar. Bu zaman bir tərəfdən də idarə olunmaz miqrasiya problemləri vüsət alar".

İqtisadçı deyib ki, yaxın və orta şərqdə idarə olunan xaos, idarə olunmaz formaya keçə bilər:

"Buna görə də İsrailin İrana hücum etməsinə ABŞ-ın imkan verməyəcəyini düşünürəm".

Anar Əliyev
Xəbəri paylaş