EkoAvrasiya İdarə Heyətinin sədri Hikmet Eren Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Başqanının müavini Dr. İlyas Topsakal iləgörüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Hikmet Eren verib. O, görüşün məhsuldar keçdiyini deyib.
"Görüşümüzdə Türk Dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq mədəni layihələrin həyata keçirilməsi və Türk dünyası şüuruna malik gənc nəsillərin yetişdirilməsi məsələlərini müzakirə etdik",-deyə Hikmet Eren bildiirib.
O qeyd edib ki, ortaq tariximiz və mədəniyyətimiz bizi daha güclü gələcəyə aparacaq ən qiymətli sərvətimizdir:
"Birlik və həmrəylik içində addımlamağa, qəlbimizin coğrafiyasını genişləndirməyə davam edəcəyik".
Süleyman