Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərq ölkələrinin həssas iqtisadi dayaqları sarsılacaq

Yaxın Şərq ölkələrinin həssas iqtisadi dayaqları sarsılacaq


"İranın Yaxın Şərqdə vəkalət savaşlarının aparıcı qüvvəsi uzun illərdir rejimin müqavimət oxu olaraq adlandırdığı proksi qüvvələrdir. Rəsmi Tehran hər il dövlət büdcəsindən kifayət qədər yüklü miqdarda vəsaiti həmin qruplaşmaların fəaliyyəti üçün xərcləyir".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, İsrailin keçən il Həmasla başlayan anti-İran kompaniyası əksər hallarda səhv yanaşmaları da tətikləyir. Yəni, elə bir görüntü yaranır ki, Tehran həqiqətən də İsraillə mübarizə aparır. Lakin reallıq ondan ibarətdir ki, indiki halda rejim öz legitimliyini qoruyub saxlamaq üçün proksi güclərini qurban verir:

"İranın yanaşmaları ilə paralel, Həmas və Hizbullahın uğursuzluqları digər bir gücün, Yəmən Husilərinin populyarlığını artırır. Husilərin fəaliyyəti dünyanın əsas ticarət marşurutlarından biri olan Qırmızı dəniz - Suveyş xəttində yük daşımalarında ciddi azalmalara səbəb olub.

Yaranmış vəziyyət ABŞ - Britaniya ikilisinin və Misirin maraqlarına zidd olsa da, İsrail məlum situasiyadan razıdır. Çünki Təl-Əvivin Qəzza işğalının ardınca ticarət yollarını dəyişməyə hesablanmış ideyaları mövcuddur. Həmin ideyaların reallaşması Misir iqtisadiyyatına ciddi zərbə vuracaq və Yaxın Şərq ölkələrinin həssas iqtisadi dayaqları sarsılacaq".

Anar Əliyev
Xəbəri paylaş