Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın Almaniya hədiyyəsi

Ərdoğanın Almaniya hədiyyəsi




ABŞ-ın həm Ukrayna müharibəsində, həm də Yaxın Şərqdəki xaosda heç bir əsgəri olmasa da, Zelenski administrasiyasının əsas silah tədarükçüsü kimi baş aktyor olması faktdır. Yaxın Şərqdə Netanyahu hökumətinin Qəzza və Livanın cənubundakı hərbi əməliyyatlarını silahla təmin edən Vaşinqton administrasiyası Tel-Əviv-Tehran gərginliyində “İsrail üçün qoruyucu qalxan yaradılmasına” görə məsuliyyət daşıdığını elan edib. Ona görə də hər iki münaqişənin gedişi ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri, daha sonra isə 2025-ci il yanvarın 20-də baş tutacaq prezidentin təhvil verilməsi ilə sıx bağlıdır. Ayrıca Vaşinqtonda İsrailin Amerika seçkilərini çətinləşdirəcək addım atmasından narahat olanlar var.....

Türkiyədəki AK Partiya hökuməti isə daxili siyasi səbəblərdən Fələstin məsələsində “düşməncəsinə” danışmasına baxmayaraq, əsas mövqeyi “Qərb düşərgəsinin lehinə” olan bir xətt təqdim edir. Təbii ki, buna prezident Ərdoğanın Almaniya kansleri Olaf Şolzun İstanbul səfəri zamanı etdiyi qaçqın köçünü də əlavə etmək lazımdır. Ölkəsindəki irqçi partiya AfD (Alternative für Deutschland) in bir-bir əyalət seçkilərində qalib gəlməsindən, ya da ikinci partiya kimi ortaya çıxmasından təngə gələn Sosial Demokrat Baş nazir Şolts qaçqın məsələsində çıxışa çox ehtiyac duyurdu. Ərdoğan suriyalılardan sonra Livandan gələn qaçqınlar üçün “qapılar açıq olacaq” deməklə birbaşa olaraq Almaniya kanslerine “siyasi hədiyyə” təqdim etdi. Fələstin məsələsi ilə bağlı diskursunda ABŞ qədər Almaniyanı da tənqid edən AK Partiya hökumətinin Almaniya kanslerinin səfəri zamanı verdiyi açıqlamalarda istifadə edilən ifadələri xeyli yumşaltması da önəmlidir. Qarşıdakı dövrdə Ankara-Berlin münasibətlərindəki yeni dövr Türkiyənin Aİ münasibətlərində və Qərb düşərgəsi daxilindəki vəziyyətində özünü göstərəcək.

Pərviz Əliyev
Xəbəri paylaş