Türkiyədə çox maraqlı hadisələr olur. Çoxgedişli kombinasiyaların oynanıldığı proseslər bir-birini əvəz edir. Türkiyə Prezidenti R.T.Ərdoğanın "İsrail Türkiyəyə hücum edəcək" ritorikası ilə başlayan oyun MHP sədri Dövlət Baxçalının
PKK lideri İmralı adasında ömürlük həbsxanada olan Öcalanın Türkiyə Böyük Millət Məclisində çıxış edərək "PKK bitmişdir"-deyə çıxış etməsini təklif etməsi ilə davam edir, yəni PKK-nın buraxılmasını təklif edib.
İki fikir arasındakı əlaqə isə, fikrimcə, çox maraqlıdır.
Məsələ ondadır ki, R.T.Ərdoğanın İsraili bəhanə edib sərhəddə qoşun yığmasının kökündə sərhəd boyu PKK-nın nəzarətində olan əraziləri ələ keçirmək istəyi dayanır, hansı ki bu ərazilərin İsrail ərazisi kimi Arzı-Məbud, "Vəd edilmiş torpaqlar" adı altında yaradılacaq Böyük İsrailin nəzarətində olacağı vurğulanır.
Baxçalı isə Öcalanın məclisdə çıxışını təşkil etməklə Türkiyənin həyata keçirəcəyi əməliyyata hüquqi baza hazırlamaq istəyir.
Türkiyənin ABŞ-ın İrak və Suriya ərazisində Kürdüstan dövləti yaratmaq cəhdinin qarşısını almağın artıq başqa yolu qalmayıb.
Azər Qasımov