Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ sülh müqaviləsinin imzalanması üçün Ermənistana təsir göstərsə daha yaxşı olar

ABŞ sülh müqaviləsinin imzalanması üçün Ermənistana təsir göstərsə daha yaxşı olar


"Bu günlərdə Birləşmiş Ştatların prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı məktub və həmin məktubda Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsinə xüsusi diqqət yetirilməsi öz-özlüyündə müsbət bir addım olsa da, lakin ABŞ nəzərə almalıdır ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistana təsir göstərsə daha yaxşı olar. Çünki sülh müqaviləsinin imzalanmasına mane olan tərəf məhz Ermənistandır. Necə ki, 44 günlük Vətən müharibəsinə qədər bu ölkə problemin danışıqlar yolu ilə həllinə əngəl yaradırdı".

Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Ağ Ev rəhbərinin Azərbaycan dövlət başçısına ünvanladığı məktubu şərh edərkən səsləndirib. İctimai Birlik sədri onu da qeyd edib ki, Baydenin məktubu həm də Ağ Ev administrasiyasının Cənubi Qafqazda Azərbaycanla yaxından əməkdaşlığa xüsusi maraq göstərdiyinin təsdiqidir:

"Co Baydenin Azərbaycan Prezidentinə məktubla müraciət etdiyi bir ərəfədə Amerika prezidentinin köməkçisinin ölkəmizə səfəri və dövlət başçısı ilə görüşməsi deyilənləri bir daha təsdiq edir:

"Artıq Gürcüstan Qərbin, Amerikanın orbitindən çıxır. Ermənistanın heç vaxt müstəqil fikri, uzunmüddətli davamlı siyasəti olmayıb. Bu üzdən Ağ Ev rəhbərliyi indiki durumda regionda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, Ağ Ev rəhbərinin məlum məktubu və tərəflərə sülh müqaviləsinin imzalanmasını tezləşdirməyi tövsiyə etməsi prosesi kifayət qədər sürətləndirəcək.

Süleyman
Xəbəri paylaş