Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Britaniya Ukraynaya 155 milyon dollar ayıracaq

Britaniya Ukraynaya 155 milyon dollar ayıracaq



Böyük Britaniya Ukraynaya daha bir yardım etməyi qərarlaşdırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, London dəniz yardımı göstərmək üçün Norveçlə birgə yaradılmış dəniz koalisiyasının büdcəsinə 120 milyon funt sterlinq (155 milyon dollar) köçürəcək.

Bu barədə Böyük Britaniyanın baş naziri Key Starmerin ofisinin bəyanatında deyilir.

"London Rusiyanın aktivləri hesabına Kiyevə 2,9 milyard dollar kredit verəcək Həmçinin, Britaniya Ukraynada 100 min çağırışçıya təlim keçə bilər",-deyə məlumatda qeyd edilir.

Bildirilir ki, London Qara dənizdəki taxıl dəhlizini mühafizə etmək üçün Ukraynaya yüzlərlə dəniz pilotsuz təyyarəsi və radar stansiyalarının tədarükünü maliyyələşdirmək üçün tərəfdaşlar da axtarır.

Mehman Mehdiyev
Xəbəri paylaş