Bu il Qazaxıstanın taxıl ixrac potensialı 12 milyon ton həcmində qiymətləndirilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstan Mərkəzi Asiya və Əfqanıstana taxıl tədarükünü davam etdirəcək. Bu il bu istiqamətlər üzrə 4,2 milyon tona yaxın məhsul satılacaq.
Türkiyə və Yaxın Şərq ölkələrinə ixrac potensialı təxminən 1 milyon ton buğdadır. Həmçinin, bir sıra ölkələrdə məhsuldarlığın azalması səbəbindən İtaliya, Latviya, İspaniya kimi Avropa İttifaqı ölkələrinin bazarına çıxmaq mümkündür.
Mehman Mehdiyev