Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Ankaradakı terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq

Ərdoğan Ankaradakı terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.

"Report" xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.

TRT telekanalı da öz növbəsində Ərdoğanın Kazanda sammit münasibətilə təşkil edilən təntənəli qəbulda iştirak etmədiyini bildirib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub. 22 nəfər yaralanıb.
Xəbəri paylaş