Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edəcək.
Newscenter.az Türkiyə Prezidentinin İnformasiya İdarəsinə istinadən bildirir ki, səfərdə məqsəd qlobal iqtisadiyyatın 25 faizini əhatə edən və tədricən inkişaf edən BRİKS Liderlərin Zirvə toplantısında iştirak etməkdir.
Rusiyanın Kazan şəhərinə gedəcək Ərdoğan 2 günlük səfəri çərçivəsində bəzi iştirakçı dövlət və hökumət başçıları ilə də görüşəcək.
Qeyd edək ki, Prezident Ərdoğan sonuncu dəfə 2018-ci ildə Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammitində iştirak edib.
Ərdoğan sammit çərçivəsində Rusiyanın lideri Vladimir Putinlə də görüşəcək.
Anar Əliyev