Bu gün İkinci Qarabağ Müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışovanın anım günüdür.
Newscenter.az xatırladır ki, Arəstə Baxışova 4 may 1989-cu ildə Xaçmaz rayonunun0 Qımılqışlaq kəndində anadan olub.
23 oktyabr 2020, Qubadlı) — O, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu kimi İkinci Qarabağ müharibəsində iştirak edərək 23 oktyabr, 3020-ci ilə Qubadlı istiqamətində gedən döyüşlərdə yeganə qadın kimi şəhid olub.
Qeyd edək ki, Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edib.
Anar Əliyev