İngiltərə və Almaniya dərinləşdirilmiş müdafiə sahəsində əməkdaşlıq paktı imzalayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, sözügedən sənəd oktyabrın 23-də Londonda imzalanacaq.
Üçlük Evi Müqaviləsi adlanan sazişə əsasən, Böyük Britaniya və Almaniya NATO-nun şərq cinahında daha tez-tez birgə hərbi təlimlər keçirməyə başlayacaq, pilotsuz təyyarələrin istehsalı üzrə əməkdaşlıq edəcək və Şimal dənizində sualtı infrastrukturun birgə qorunmasına başlayacaq.
Sənədin digər mühüm məqamı Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Boeing P-8A Poseidon dəniz kəşfiyyat təyyarəsinin Şimali Atlantikanı qorumaq üçün Şotlandiyanın şimal-şərqindəki Lossiemut aviabazasında vaxtaşırı yerləşdirilməsidir.
Anar Əliyev