İsrail İrana hücum etmək mərhələsindədir.
Newscenter.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
KAN iddia edib ki, Təl-Əviv ABŞ-ın təzyiqinə baxmayaraq İrana hücum etmək üzrədir.
KAN-ın adı açıqlanmayan İsrail rəsmilərinin sözlərinə əsaslanan xəbərində “İsrail öz tarixinin ən gərgin və mürəkkəb dövrlərindən birinə, İrana mümkün hücuma hazırlıq mərhələsindədir” ifadəsi işlədilib.
Qeyd edək ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlamışdı.
Anar Əliyev