İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı olan, azərbaycanlı Əli Babayevin anım günüdür.
Newscenter.az xatırladır ki, Əli Babayev 1910-cu ildə Naxçıvanda anadan olub. 1938-ci ildən Kommunist Partiyasının üzvü olub. O, 1940-cı ildə Sovet Ordusuna çağrılıb. Əli Babayev 1942-ci ildə faşistlər tərəfindən əsir götürülüb.
1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə, İtalyan kommunistlərinin köməyi ilə düşərgədən qaçıb. 25 mart 1944-cü ildən italyan partizanlarına qoşulub, O, Pyotto (Piotto) ləqəbi ilə tanınıb. Əli Babayev Sovet ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaradıb və komandiri olub.
1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi həbs edilib və həmin ilin noyabrında hərbi məhkəmə tərəfindən vətən xaini ittihamı ilə əmlakı müsadirə olunaraq 15 il azadlıqdan məhrum olunub. Stalinin ölümündən sonra əfv edilib.
Anar Əliyev