McDonald's restoranlar şəbəkəsində xoşatgəlməz hadisə yaşanıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, ABŞ-da McDonald's fast food şəbəkəsində E.coli xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.
Məlumata görə, restoranlar şəbəkəsində ilk hallar sentyabrın 27-də qeydə alınıb. Sonrakı mərhələdə yoluxma halları 28-ə çatıb.
Epidemioloji məlumatlara görə, McDonald's ziyarətçiləri Kral Çizburgerindən zəhərləniblər. İlkin məlumata görə, E.coli soğanın tərkibində ola bilər.
Mehman Mehdiyev