Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfəri ilə əlaqədar prezident səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İnformasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Vitse-prezident Cevdet Yılmazın prezident vəzifəsini icra etməsi ilə bağlı memorandum Rəsmi Qəzetdə dərc olunub.
Memoranduma görə, prezident Ərdoğan 23-24 oktyabr tarixlərində Rusiya Federasiyasına səfər edəcəyi üçün geri qayıdana qədər Türkiyə Respublikası Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq, vitse-prezident Cevdet Yılmaz dövlət başçısınn səlahiyyətlərini idarə edəcək şəxs kimi fəaliyyət göstərəcək.
Süleyman