Türkiyədə daha 80 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmirdə qeydə alınıb. Belə ki, İzmirin Menderes mahalı sahillərində yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 29 qeyri-qanuni mühacir xilas edilib, 80 nizamsız immiqrant isə Çeşmə və Dikili rayonları sahillərində yaxalanıb.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Menderes sahillərində bir qrup qeyri-qanuni immiqrant olduğu xəbəri alındıqdan sonra bölgəyə qrup göndərilib.
Komandalar Yunanıstan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqdan 17-si uşaq olmaqla 29 qeyri-qanuni immiqrantı xilas edib.
Çeşme və Dikili rayonları sahillərində dayandırılan rezin qayıqlarda 4-ü uşaq olmaqla 80 qeyri-qanuni immiqrant yaxalanıb.
Mehman Mehdiyev