Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankara terrorunun arxasında Türkiyəni zəiflətmək istəyən qüvvələr dayanıb

Ankara terrorunun arxasında Türkiyəni zəiflətmək istəyən qüvvələr dayanıb


"Ötən gün Ankarada həyata keçirilən xain terror aktının arxasında Türkiyəni zəiflətmək istəyən böyük güclər dayanıb. Həmin güclər Türkiyənin Yaxın Şərq, eləcə də digər regionlarda artmaqda olan nüfuzundan, qardaş ölkənin gücündən ehtiyatlanaraq Ankaranı terror yolu ilə durdurmaq, ona əngəl olmaq istəyirlər".

Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı ötən gün Ankarada baş verən terror aktına münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Türkiyəni bu kimi xain addımlarla yolundan döndərmək mümkün deyil:

"Türkiyə Şimali İraq və Suriyada terrora qarşı əhəmiyyətli mübarizə aparır. Lakin terror təşkilatlarını himayə edən, onları dəstəkləyən böyük güclər üçün bu arzu edilən deyil. Ona görə də zaman-zaman bu kimi terror aktları ilə Türkiyənin apardığı terrorla mübarizəyə əngəl olmağa çalışırlar".

Arzuman Muradlı deyib ki, Ankara terrorunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BRİCS toplantısında iştirak etmək üçün Kazana səfər etməsi zamanında baş verməsi də təsadüfi sayıla bilməz:

"Bu həmin terror təşkilatlarını himayə edən böyük güclərin Türkiyəyə mesajıdır ki, Ankara Rusiya ilə çox yaxınlaşmasın".

Süleyman
Xəbəri paylaş