Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Newscenter.az Türkiyə XİN-ə istinadən bildirir ki, görüş zamanı Blinken dünən Ankarada törədilən terror aktına görə Hakan Fidana başsağlığı verib.
Görüşdə nazir Fidan xüsusilə Qəzzanın şimalında humanitar vəziyyətin fəlakətli həddə çatdığına diqqət çəkərək Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyinə toxunub.
Telefon danışığı zamanı Livandakı son hadisələr də dəyərləndirilib. Müharibənin bütün bölgəyə yayılmasının qarşısını almaq üçün bütün tərəflərin mülayim davranması lazım olduğunu vurğulayan nazir Fidan, vaxt itirmədən Qəzzada atəşkəs elan edilməli və İsrailin Livana hücumlarına son verməsi lazım olduğunu deyib.
Görüş zamanı Ukraynadakı son vəziyyət də müzakirə olunub.
Anar Əliyev