Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclası keçirilir.
"Report"un Kazana ezam olunan müxbirinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdiriblər.