Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

PKK-nın əli ilə Türkiyəyə göz dağı vermək cəhdi

PKK-nın əli ilə Türkiyəyə göz dağı vermək cəhdi


"Türkiyə Aviasiya və Kosmik Sənaye şirkətini hədəf alan terror hücumu Yaxın Şərqdə baş verən hərbi-siyasi proseslər və Türkiyənin müdafiə sektoru üzrə nəaliyyətləri fonunda diqqət çəkir".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. O deyib ki, bu zamana qədər Türkiyənin strateji proqramlarını həyata keçirən mühəndislərə qarşı müxtəlif vaxtlarda terror aktları həyata keçirilib. Bu Türkiyə müstəvisində praktikası məlum olan bir vəziyyətdir:

Lakin indiki situasiyada hadisə üzərində müxtəlif motivlər canlanır. İlk olaraq onu qeyd etməliyik ki, hadisəni PKK terror təşkilatı həyata keçirsə də oxlar İsrailə və ABŞ-a istiqamətlənir. Çünki

İsrailin Yaxın Şərq kompaniyasına qarşı siyasi müstəvidə aktiv rol alan rəsmi Ankara yaranmış gərginlik çərçivəsində istər rəsmi Təl-Əvivi, istərsə də Vaşinqtonu ciddi şəkildə tənqid edir və dünya birliyinin diqqətini regiona cəmləməyi hədəfləyir. Təbii ki, Ankaranın siyasəti ilk öncə İsrailin, daha sonra isə Vaşinqtonun xoşuna gəlmir. Ona görə də PKK-nın əli ilə TUSAŞ- a edilən terror hücumunun Türkiyəyə göz dağı vermək motivləri gözümüzdə canlanır".


Anar Əliyev
Xəbəri paylaş