Türkiyənin hərbi sənayesi son illərdə sürətlə inkişaf edir və bu, ölkənin iqtisadiyyatında və geopolitik vəziyyətində mühüm rol oynayır. 2023-cü ildən etibarən, öz müdafiə ehtiyaclarının 70%-dən çoxunu yerli istehsal ilə qarşılamayı hədəfləyən qardaş ölkə ixracatda rekortlar qırmaqdadır.
Belə ki, 2024-cü ilin təkcə bircə ayında milyard dollar yaxın hərbi məhsul ixrac edib. Daha dəqiq may ayında müdafiə və aviasiya ixracatı 876 milyon dollar təşkil edib. Bu rəqəm sektorun tarixində bir ay ərzində ən böyük ixrac rəqəmi kimi qeydə alınıb. İlk 5 ayda ixracatı isə ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq, 2,2 milyard dollara çatıb. Bu Türkiyə adına möhtəşəm göstəricidir.
Və ən əsası Türkiyə dayanmır, bu istiqamətdə irəliləməyə davam edir. Hərb sənayesi böyüdükcə isə onun qlobal gücü də böyüyür.
Dünən Türkiyədə baş verən te*rorun baş verdiyi yer və onun səbəbinin də məhz yuxarıda qeyd etdiyim faktorlarla ciddi şəkildə bağlı olduğunu düşünürəm. Amma təcrübə onu göstərir ki, Türkiyəyə qarşı edilən belə addımlar qardaş ölkəni daha da gücləndirir. Çünki, seçim qalmır. Ətrafı riyakarlıq, qeyri-standartlıq və te*ror olan ölkənin yeganə yolu güclənməkdir.
Eldəniz Əmirov