Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəni gərginlik altında saxlamaq istəyirlər

Türkiyəni gərginlik altında saxlamaq istəyirlər


"Türkiyənin terrorla sərt mübarizə apardığı məlumdur və qonşu ölkələrdə müxtəlif terror qruplaşmaları zaman zaman Türkiyədə terror aktları törədərək stabilliyi pozmağa çalışıblar. Ötən gün Türkiyə siyasilərinin Kürd terror qruplarının üzr istəyəcəyi cağırışının ardınca belə bir terror aktının olması müəyyən suallar doğurur".

Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, bu onu göstərir ki, Türkiyədə terror vasitəsi ilə sabitliyi pozmaqda maraqlı olan qüvvələr belə terror aktları vasitəsi ilə Türkiyəni gərginlik altında saxlamaq istəyirlər:

"Türkiyə uzun illərdir terrorla amansız mübarizə aparır və istər ölkə daxilində, istərsə də qonşu ölkələrdə bununla sərt mübarizə aparır. Bu istiqamətdə siyasi camiyədə müəyyən amnistiya aktlarına səsləniş olandan sonra terrorun baş verməsi onu göstərir ki, müəyyən qüvvələr Türkiyədə terrorun sonlandırılmasını belə hərəkətlərlə pozurlar".

Süleyman
Xəbəri paylaş