Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəni silah bazarından çıxarmaq istəyirlər

Türkiyəni silah bazarından çıxarmaq istəyirlər


TUSAŞ-ın hərbi texnolgiyalar müstəvisində nəaliyyətləri Türkiyəni dünya silah bazarından çıxartmaq və ölkənin silah asılılığının davam etməsini istəyən gücləri ciddi şəkildə narahat edir. Ona görə də sözügedən müəssisədə terror aktı həyata keçirildi.

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. O deyib ki, sözügedən şirkət hal hazırda qardaş ölkənin ən strateji silah sistemi sayılan 5-ci nəsil döyüş təyyarəsi proqramı TFX-i həyata keçirir:

"Bununla yanaşı TUSAŞ pilotsuz uçuş aparatları və helikopterlər kimi əhəmiyyətli layihələri də həyata keçirməklə Türkiyənin milli təhlükəsizlik maraqlarına geniş töhvələr verir. Bu isə rəsmi Ankaranı qlobal miqyaslı gücə çevirmək deməkdir. Bu da öz növbəsində anti-Türkiyə yanaşmaları tətikləyir".

Anar Əliyev
Xəbəri paylaş