Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Turizmin Təbliği və İnkişaf Etdirilməsi Fondunun təşkilatçılığı ilə xarici ölkə jurnalistlərinin Türkiyəyə səfəri davam edir. Səfərin ikinci günündə media nümayəndələri min illərin tarixini özündə cəmləşdirən Yozgatda olublar.
Məlumat üçün qeyd edək ki, Yozqat vilayətinin əhalisi 419 095 nəfərdir. Bu əhalinin 76,35%-i şəhərlərdə yaşayır. Vilayətin ərazisi 13,690 km²-dir. Vilayətdə hər km²-ə 31 nəfər düşür. Mərkəzdə isə bu rəqəm 53 nəfər təşkil edir. Yozgatın ərazisi 13,690 km²-di.
Türkiyənin mərkəzi
Türkiyənin mərkəzi hesab olunan Yozgat bir çox özəllikləri ilə buraya gələn xarici turistləri heyran edir. Yozgatlılar hətta belə bir ifadə də işlədirlər. Türkiyəyə səfər edib Yozgata getməmisənsə, deməli Türkiyədə olmamısan.
Yozgatlılar öz qonaqpərvərliyi, mehribançılıq və səmimiyyəti ilə xüsusi seçilirlər.
Xarici və yerli turistləri Yozgata cəlb edən başlıca xüsusiyyətlərdən biri də bu şəhərə asanlıqla gələ bilmək imkanıdır. Turistlər həm avtomobil yolu, həm də dəmir yolu nəqliyyatı ilə Yozgata gələ bilirlər.
Min illərə gedib çıxan tarix
Yozgatın tarixi min illərə gedib çıxır. Bölgə Hetlər, Frigiyalılar, Lidiyalılar, Farslar və Romalılar kimi bir çox qədim sivilizasiyanın təsiri altında olub. Bölgə 12-ci əsrdə Frigiyalıların hakimiyyəti altına keçir. Sonralar Roma İmperiyasının bir hissəsi olur və Bizans İmperiyası dövründə də əhəmiyyətini qoruyub saxlayır.
Türklərin Anadoluya gəlişindən sonra Yozgat Səlcuqlu və Osmanlı dövründə əhəmiyyətli bir yaşayış məntəqəsinə çevrilir. Osmanlı dövründə bölgədəki mədəni irs daha zəngin və çoxşaxəli olur. Bu dövrdə tikilən məscidlər, mədrəsələr, mehmanxanalar indi də Yozqatın tarixini əks etdirir.
Təbii gözəllikləri ilə diqqət çəkən məkan
Yozgat təbii gözəllikləri ilə diqqət çəkən bir şəhərdir. Əyalət yaşıl dərələr, dağlar və göllərlə əhatə olunub. Yozgat bəndi də bu təbii gözəlliklərdən biridir və ətrafı gəzinti və istirahət yerləri ilə doludur. Bundan əlavə, əyalət sərhədləri içərisində yerləşən Sultan Bataqlığı köçəri quşlar üçün əhəmiyyətli bir ərazi kimi tanınır.
Zəngin mədəni irsə malik Yozgat
Yozgat zəngin mədəni irsə malikdir. Yerli əhalinin ənənəvi geyimləri, əl işləri və musiqisi kifayət qədər heyranedicidir. Yozgatın ən məşhur əl işlərindən biri “Yozqat işi” kimi tanınır və ənənəvi paltarların bəzədilməsi üçün istifadə olunur.
Süleyman İsmayilbəyli
Bakı-Ankara-Bakı