Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik nəqliyyat vasitələrinin sahibləri üçün vergi güzəştinin vaxtı uzadıldı

Elektrik nəqliyyat vasitələrinin sahibləri üçün vergi güzəştinin vaxtı uzadıldı


Rusiya elektrik nəqliyyat vasitələrinin sahibləri üçün nəqliyyat vergisi güzəştinin 2025-ci ildə uzadılmasını planlaşdırılır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin TASS jurnalistləri ilə söhbətində bildirib.

O, vurğulayıb ki, Moskvada elektrik nəqliyyatının inkişafı birdəfəlik dəbdə olan mövzu deyil, gec-tez avtomobillərin əksəriyyəti ya elektrik, ya da hidrogen olacaq;

Onun sözlərinə görə, ekoloji cəhətdən təmiz nəqliyyat böyük bir şəhər üçün çox vacibdir, çünki Moskvada çirklənmənin 80%-dən çoxu avtomobillərin payına düşür.

Sobyanin əlavə edib ki, bu gün az sayda elektromobil satılır - cəmi 1%, lakin son bir neçə ildə onların sayı 20 dəfə artıb.

Mehman Mehdiyev
Xəbəri paylaş