Finlandiya sursat komponentlərinin Aİ sanksiyaları ilə qadağan edilən Rusiyaya getməsinin qarşısını almaq üçün onların ixracına xüsusi icazələr tətbiq etmək niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, məqsəd patron komponentlərinin, xüsusən də Rusiyaya ixracının qarşısını almaqdır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunvericiliyə dəyişikliklər mövcud sanksiya rejimlərini tamamlamaq və bununla da onların tam fəaliyyətini təmin etmək üçün zəruridir. Bundan əlavə, Finlandiya Cinayət Məcəlləsində patron komponentlərinin icazəsiz ixracına görə cəzalar nəzərdə tutulacaq.
Mehman Mehdiyev