Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Afrika Tərəfdaşlığının Üçüncü Nazirlər İcmal Konfransında iştirak etmək üçün Cibutiyə səfər edəcək.
Newscenter.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Hakan Fidanın Cibuti səfəri 2-3 noyabr tarixlərində baş tutacaq.
Konfransda 14 Afrika ölkəsinin xarici işlər nazirləri və ya nümayəndələrinin iştirakı gözlənilir.
Konfransın yekunu olaraq Birgə Bəyannamə və 2022-2024-cü illər üçün Birgə İcra Hesabatı adlı iki sənəd qəbul ediləcək.
Anar Əliyev