Türkiyə hüquq-mühafizə orqanları PKK terror təşkilatına qarşı əməliyyata başlayıb.
Newscenter.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, əməliyyatlar paytaxt Ankara və İstanbulda həyata keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 68 nəfər saxlanılıb.
İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaqda PKK/KCK terror təşkilatı tərkibində fəaliyyət göstərən 44 şübhəli müəyyən edilib.
Şübhəlilərdən 34-nün təşkilatın gənclik strukturunda iştirak etdiyi və bu şübhəlilərin İstanbulda başqa küçə hərəkətləri, xüsusilə də Molotov etirazları həyata keçirmək istədikləri məlum olub.
Ankarada həyata keçirilən əməliyyat zamanı isə PKK/KCK-nın təşkilati fəaliyyətində iştirak edən və təşkilatın təbliğatını aparan 33 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Mehman Mehdiyev