“Azərbaycan Dəmir Yolları” stansiyalarında növbəti ildən sərnişinlərin üztanıma texnologiyası vasitəsilə ödənişlərini həyata keçirməsi planlanır. Bu həm təhlükəsizlik, həm də rahatlıq baxımından əhəmiyyətli bir addımdır.
Newscenter.az xəbər verir ki, bunu ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, ADY bu yeniliyi, yeni nəsil biometrik imza olan SİMA ilə həyata keçirəcək:
"Rəsmilər qeyd edir ki, proses artıq test mərhələsindədir və uğurlu nəticələr əldə olunarsa, gələn ildən istifadəyə veriləcək.
Bu cür texnologiyaların tətbiqi, rəqəmsal transformasiyanın bir hissəsidir və xüsusən də nəqliyyat sektorunda innovativ həllərin genişlənməsi ilə sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini daha da asanlaşdıracaq.
Fürsətdən istifadə edərək bir məqama daha toxunmaq istəyirəm. Sosial şəbəkələrdə, metro və dəmir yolları qatarlarında sərnişinlərin çoxluğu səbəbindən sıxlıqdan şikayət edən istifadəçilər tez-tez müşahidə olunur. Bu qədər şikayətə rəğmən qatarların intervalı niyə azaldılmır, açığı mənə məlum deyil, ola bilsin qatar çatışmazlığı var".
Anar Əliyev