Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun olub

Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun olub


Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib.

Bunu "Report"a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub:

"Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb".

O əlavə edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır:

"Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".
Xəbəri paylaş