"Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir".
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Tural Məmmədov deyib. O bildirib ki, rəsmi Bakı siyasi, iqtisadi dialoqa açıq münasibət göstərir:
"Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq ölkəmizi beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir".
Tural Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır və bunu fəaliyyəti ilə sübut edib.
Anar Əliyev